Kürdəmirdə mikroavtobus "KamAZ"a çırpıldı: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR - Yenilənib

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində xəsarət alan 3-ü uşaq olmaqla 8 nəfər saat 13:45 radələrində TƏBİB-in tabeliyindəki Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Onlara zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir. Xəsarət alan 1 nəfərin (qadın) vəziyyəti ağır, uşaqların (2 qız, 1 oğlan olmaqla) və 5 nəfərin (kişi olmaqla) vəziyyəti isə stabildir.

***15:23

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzası ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, 2 nəfər öldüyü, 8 nəfərin yaralandığı hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox ş

***15:08

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində baş verən ağır qəzada ölən şəxslərdən birinin kimliyi məlum olub.

Bu, Həmidə Quliyevadır.

Qəza zamanı Quliyev Fəxrəddin Məhəmmədhəsən oğlu, Quliyev Elgün Rəhbər oğlu, Məmmədova Zeynəb Mübariz qızı, Quliyeva Zəhra Vüqar qızı, Quliyev Məhəmməd Vüqar oğlu, Quliyeva Qələmnaz Vüqar qızı, Əliyev İlqar Gəray oğlu, Mehdiyev Eldəniz Zahid oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır./report

***14:51

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Stopnarkotik.az xəbər verir ki, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.