Kiyevə cəbhə xəttini qorumaq üçün azı 60 qırıcı lazımdır.
Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "Bloomberg" agentliyinə müsahibəsində deyib.
“Kiyevə indi cəbhə xəttinə nəzarət etmək üçün ən azı 60 qırıcı lazımdır, 100-120 təyyarə əldə etmək əlverişli olardı”, - o bildirib.
Qeyd edək ki, daha əvvəl Ukrayna və Belçika 2028-ci ilə qədər Kiyevə 30 “F-16” qırıcısının tədarükünü nəzərdə tutan saziş imzalayıblar.