APA-nın Rusiya bürosu xəbər verir ki, İnquşetiya rəhbəri qardaşının saxlanılması xəbərini təsdiqləyib.
2 milyard rublu mənimsəməkdə şübhəli bilinən qardaşının saxlandığını təsdiqləyən Kalimatov qeyd edib ki, istintaq davam edir və qərarı məhkəmə verəcək.
“Bir qardaş kimi, bu, əlbəttə ki, məni kədərləndirir, amma qanun qanundur” - deyə respublika rəhbəri vurğulayıb.