ABŞ və İsraillə İran arasında hərbi qarşıdurma davam edərkən, ABŞ-nin özündə getdikcə daha böyük müharibəyə çevrilməkdə olan bu münaqişənin Amerikanın maraqlarına nə dərəcədə uyğun olduğuna dair suallar və şübhələr yaranmağa başlayır.
Tanınmış amerikalı jurnalist Taker Karlson bu mövzuyla bağlı maraqlı iddialarla çıxış edib. O deyib ki, İranla müharibəyə başlamaq qərarı ABŞ Prezidenti Donald Tramp deyil, İsrail Baş naziri Benyamin Netanyahu tərəfindən verilib.
"Bu, İsrailin müharibəsidir. Bu, ABŞ-nin müharibəsi deyil", - deyə o vurğulayıb və əlavə edib ki, bu kampaniya Amerikanın milli təhlükəsizlik məqsədləri üçün aparılmır.
Tehranın nüvə proqramı ilə bağlı Karlson qeyd edib ki, İran doğrudan da nüvə silahı yartatmaq istəyirdi, amma "onlar həqiqətən də bunu əldə etməyə yaxın idilərmi? Xeyr".
Karlsonun ən maraqlı iddiaları isə İsrailin davranışları və planları ilə bağlı olub. Jurnalist qeyd edib ki, onun məlumatına görə, Qətərdə və Səudiyyə Ərəbistanında terror hücumları hazırlayan “Mossad” agentləri saxlanılıb. Jurnalist soruşur ki, qəribədir, zatən İranın hücumlarına məruz qalan körfəz ölkələrində terror aktları törətmək İsrailin nəyinə lazımdır? Karlson hesab edir ki, İsrailin məqsədi İranla ərəb ölkələrini daha çox üz-üzə qoymaq, onların arasında böyük münaqişə yaratmaqdır.
O əlavə edib ki, bu münaqişə sayəsində hazırda İsrail İranın əli ilə ərəb ölkələrini vurmaqdadır. Karlsonun dediyi kimi, hazırda İsrail təkcə İranı vurmur, həm də İranın vasitəsilə Qətərə, BƏƏ-yə, Səudiyyə Ərəbistanına, Bəhreynə, Omana və Küveytə zərbələr enidrir, böyük zərər vurur.
Doğrudan da, dərindən düşünsək, məlum qalmaqallı və ziddiyyətli reputasiyasına baxmayaraq, Karlsonun bu mövzuda dediklərində məntiq və həqiqət var…/azpolitika.info