İRƏVANLA TİFLİS ANLAŞDI:narkotiklərə qarşı birgə mübarizə aparacaqlar

Ermənistanın baş prokuroru Anna Vardapetyan gürcüstanlı həmkarı İrakli Şotadzenin dəvəti ilə Gürcüstan Prokurorluğunun 105 illiyi münasibətilə keçirilən tədbirdə iştirak edib.
Stopnarkotik.az
xəbər verir ki, görüş zamanı Vardapetyan və Şotadze 2022-ci ildə imzalanmış anlaşma memorandumu çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər.
Ermənistan ilə Gürcüstan xüsusilə narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, eləcə də korrupsiya cinayətlərinə qarşı mübarizəni gücləndirmək niyyətindədir.

Stopnarkotik.az