İranlı kino və televiziya aktrisası Əfsanə Bayeqan hicab qanununu pozduğuna görə həbs edilib.
Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, aktrisa film nümayişinə hicabsız çıxıb, daha sonra sosial şəbəkələrdə fotolarını yayımlayıb.
Qanuna əməl etmədiyinə görə Bayeqan iki il müddətinə şərti azadlıqdan məhrum edilib. O, həmçinin psixi pozğunluğunun müalicəsi üçün hər həftə psixoloqa baş çəkməli və sağlamlıq vəziyyəti ilə bağlı rəy verməli olacaq.
Ona iki il müddətinə İranı tərk etmək də qadağan edilib. Aktrisaya həmçinin özünün və ya başqasının telefonundan istifadəyə qadağa qoyulması nəzərdən keçirilir.