Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Bakı şəhərinə “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Stopnarkotik.az-a verilən məlumata görə, yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən, xüsusilə külli miqdarda narkotik vasitə - 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.