İranda müəllimlər etiraz aksiyası keçirir - VİDEO

Bu gün Güney Azərbaycanın Həmədan əyalətində narazı müəllimlər etiraz aksiyası keçirirlər.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Qeyd edək ki, Sənəndəcdə də təhsil işçiləri aksiya keçiriblər. Onlar müəllimlərin həbsinə, həmçinin onların saxlanılma şəraitinə etiraz ediblər.

Aksiyaçılar “Qadınlar, Yaşamaq, Azadlıq” və “Həbsdə olan müəllim azad edilməlidir” kimi şüarlar səsləndiriblər.

Məlumata görə, rejim qüvvələri Sənəndəcdə aksiyaçılara qarşı zor tətbiq ediblər, şəxsiyyəti hələlik müəyyən edilməmiş iki müəllim həbs edilib.