Yol qəzasında həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi

Azərbaycanın Təbrizdəki baş konsulu Ramil İmranovun cənazəsi ölkəmizə gətirilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, mərhumun cənazəsi Göyçay rayonunda dəfn olunacaq.

Qeyd edək ki, R.İmanov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə qəzaya düşərək həlak olub.

İranda faciəli şəkildə həlak olan baş konsulun cənazəsi Azərbaycana gətirildi