Məzuniyyətdə olan hərbçini "tok" vurub öldürdü – YENİLƏNİB

Biləsuvar rayonunda baş verən bədbəxt hadisə nəticəsində həyatını itirən şəxsin hərbçi olduğu məlum olub.

Hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədli Tural İbrahim oğlu elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib. Bildirilir ki, o, hərbçi olub.

Məlumata əsasən, mərhum məzuniyyətdə imiş və sabah xidmət yerinə geri qayıtmalı idi.

Faktla bağlı araşdırma aparılır.

***

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. 

Hadisə rayonun Bağbanlar kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü  Məmmədli Tural İbrahim oğlunu elektrik cərəyanı vuraraq öldürüb. 

Faktla bağlı araşdırma aparılır./"unikal"