Gömrük və polis idarəsi 1,5 milyon dollarlıq narkotik ələ keçirdi

Şimali Dublində keçirilən böyük əməliyyat zamanı təxminən 1.5 milyon avro dəyərində kannabis ələ keçirilib. Bu barədə İrlandiya rəsmiləri bildirirlər.  

İstintaq əməkdaşları deyirlər ki, təxminən 75 kiloqram şübhəli marixuana tapılıb və əməliyyat çərçivəsində 30 yaşlarında bir kişi saxlanılıb.

Əməliyyat İrlandiyanın Gömrük Xidməti və Garda Milli Narkotik və Mütəşəkkil Cinayət Bürosunun birgə fəaliyyəti ilə həyata keçirilib.

Rəsmilər bildirirlər ki, araşdırma hələ də davam edir və polis İrlandiya və Avropa boyunca fəaliyyət göstərən böyük kannabis qaçaqmalçılığı şəbəkələrinə qarşı mübarizəni davam etdirir. 

Mələk

Stopnarkotik.az