Türkiyənin Kocaeli Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri və Kəşfiyyat Şöbələrinin qrupları narkotik qaçaqmalçılığının qarşısını almaq üçün əməliyyat başladıb.
Əldə edilən məlumatlara əsasən, qruplar sahə və təhlil işlərini yekunlaşdıraraq səhər saat 3:00 radələrində Darıca rayonundakı iş yerində əməliyyat keçiriblər. Polis araşdırması çərçivəsində 21-22 may tarixlərində Gebze və Darıca rayonlarında narkotik istehsal edən şəxslər müəyyən edilib. Darıca rayonundakı iş yerində keçirilən əməliyyat zamanı polis qrupları təxminən 40 qutuda gizlədilmiş 40 milyon həb istehsal etmək üçün xalis çəkisi 1 ton 80 kiloqram xam narkotik maddə və 14 qutuda 161 kiloqram həb kapsulu müsadirə ediblər. Əməliyyat zamanı saxlanılan 9 şübhəlidən 1-i həbs edilib.
Axtarışlar zamanı həmçinin 1,7 milyon sintetik narkotik həbi, 3 milyon həb istehsal etmək üçün kifayət qədər 264 kiloqram xammal və 19 istehsal maşını aşkar edilib. Bundan əlavə, eyni istintaqın bir hissəsi olaraq, 21-22 may tarixlərində keçirilən əməliyyatlar zamanı Gebze və Darıca rayonlarında şübhəlilər tərəfindən istehsal müəssisələri kimi istifadə edildiyi müəyyən edilmiş ünvanlarda axtarışlar aparılıb.
Stopnarkotik.az