İRAN İSRAİLİ BU TARİXDƏ VURA BİLƏR... - Şok iddia

İran İsraili avqustun 5-i, bazar ertəsi vura bilər.

Bu barədə “Axios” portalı ABŞ və İsrail rəsmilərinə istinadən xəbər verib.

“Üç ABŞ və İsrail rəsmisi bildiriblər ki, onlar İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözləyirlər”, - deyə nəşr bildirib.

Bundan əvvəl “Sky News Arabia” telekanalı Qərb kəşfiyyat məlumatlarına istinadən İranın Tişa BeAv, yəni yəhudilərin matəm günü İsrailə hücum planlaşdırdığı xəbərini yaymışdı.