İrandakı molla rejiminin Azərbaycana qarşı hər zaman düşmənçilik mövqeyindən çıxış etdiyi kimsəyə sirr deyil. Çünki bu rejimin başında duranlar ölkəmizin varlığını özləri üçün təhdid sayırlar. Əslində, İran “islam respublikası”nın uzun illərdir bizə düşmən olan Ermənistana hərbi-siyasi yardım göstərməsi də məhz bu narahtçılıqdan qaynaqlanır.
Üstəlik, fars rejiminin müstəqilliyimizi bərpa etdiyimizdən bu yana Azərbaycanda təxribatçılıq, pozuculuq fəaliyyəti ilə məşğul olması, “şiə” adı altında insanlarımızı ələ almağa cəhd etməsi və qismən buna nail olması da İranın parçalanma xofundan qaynaqlanır.
Odur ki, bu ölkənin xüsusi xidmət orqanları illərdir bütün mümkün variantlara əl ataraq, Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa, ölkəmizi siyasi və iqtisadi cəhətdən zəiflətməyə, hətta yeri gəldikdə qonşu və qardaş dövlətlərlə aramıza nifaq toxumu səpməyə, son illər isə Azərbaycana qarşı "narkotik savaşı" açmaqla gəncliyimizi məhv etməyə çalışır.
Bəs, bütün bunlara nə dərəcədə nail olub? Bu və digər sualların cavabını “Prime TV”-nin verilişində tapa bilərsiniz.
Buyurun, izləyin və paylaşmağı unutmayın.
Stopnarkotik.az