"İçərişəhər" Dövlət Tarixi Memarlıq Qoruğunun ərazisindəki evlərin birinin üzərində yerləşdirilən "Dəmir yumruq" heykəli artıq götürülüb.
Stopnarkotik.az azvision.az-a istinadən xəbər verir ki, heykəl rəssam Əli Şəmsi tərəfindən hazırlanıb və şəxsən özü emalatxanasında qarşısında ucaldıb.
Qeyd edək ki, foto dünəndən sosial şəbəkələrdə paylaşılıb və istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.