ƏHMƏD OBALIYA HÜCUM OLUNDU - Polis hadisəni araşdırır

GünAz TV-nin rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz vəhşicəsinə döyülüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra ABŞ-da baş verib. Hadisənin təfərrüatları tam məlum deyil, amma ilkin versiyaya görə, bu İran kəşfiyyatının əməlidir.
Əhməd Obalıya yaxın mənbələrdən verilən məlumata görə, hazırda onun vəziyyəti ağırdır, oğlu isə reanimasiyaya yerləşdirilib. Əhməd Obalının barmaqları qırılıb, boynunu qırmağa cəhd ediblər, bu səbəbdən də qolları və barmaqları işləmir. Sui-qəsdi törədən 6 nəfər olub. ABŞ polisi onları yaxalayıb.
Əhməd Obalının yaxınları onun ən ağır durumda dediyi, “Bu günə qədər alnıaçıq yaşadım, Vətən və millət yolunda fəaliyyət göstərdim. Hər zaman fikirlərimi açıq şəkildə bildirdim. 2 gün əvvəl isə hücuma məruz qaldım”, ifadəsini lentə alıblar.
Stopnarkotik.az