Livandakı Hizbullah hərəkatına yeni lider seçilib.
Bu barədə "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb.
Bildirilir ki, təşkilatın yeni lideri Haşim Səfiəddindir. O, əvvəllər hərəkatın icra şurasının rəhbəri vəzifəsində çalışıb.
Səfiəddin Hizbullahın İsrail tərəfindən öldürülən lideri Həsən Nəsrullahın əmisi oğludur. O, 1964-cü ildə Cənubi Livanda anadan olub. Nəcəfdə əmisi oğlu Həsən Nəsrullahdan ilahiyyat dəsrləri alıb.
Haşim Səfiəddin 1995-ci ildə Hizbullahın icra şurasına təyin edilib və 2001-ci ildə onun sədri olub. Şura Hizbullahın siyasi, ictimai və təhsil fəaliyyətlərinə nəzarət edir. O, həmçinin qrupun ən yüksək orqanı olan əsas məsləhət şurasının doqquz üzvündən biridir.
2008-ci ilin oktyabrında Haşim Səfiəddin ümumi yığıncaqda Hizbullahın baş katibi vəzifəsinə Nəsrullahın varisi seçilib. 2010-cu ilin noyabrında o, təşkilatın Cənubi Livandakı hərbi komandanı təyin edilib.
2017-ci ildə ABŞ Dövlət Departamenti Səfiəddini terrorçu elan edib və növbəti il ona qarşı sanksiyalar tətbiq edib.
Haşim Səfiəddin 2020-ci ildə öldürülən İran İnqilab Keşikçiləri Korpusunun lideri Qasım Süleymaninin kürəkəni kimi də tanınır.
Qeyd edək ki, İsrail sentyabrın 28-də Beyruta zərbələr endirib və Hizbullah lideri Şeyx Həsən Nəsrullah öldürülüb.