Gürcüstanın baş prokuroru istefa verdi

Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verdiyini açıqlayıb.

Stopnarkotik.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, qərar “sağlamlıq vəziyyətinin pisləşməsi” əsasında verilib:

“Həkimlərin tövsiyələrini nəzərə alaraq ən çətin qərarı verməliyəm. Müalicə prosesi yəqin ki, bir neçə ay uzanacaq, mən bu məqsədlə bir həftədən çox xaricdə olmuşam. Ona görə də mövcud vəziyyəti nəzərə alsaq, Baş prokurorun səlahiyyətlərini davam etdirmək mümkün deyil. Ona görə də mən artıq istefa ərizəmi Gürcüstan parlamentinə təqdim etmişəm”.