Gürcüstanda koalisiya və bloklar seçkidə iştirak edə bilməyəcək

“Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində koalisiya və bloklar iştirak edə bilməyəcək”,

“Report”un yerli bürosu xəbər verir ki,bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani Gürcüstanın Birinci Kanalında deyib.

“Yalnız siyasi birliklərin seçkilərdə iştirakına icazə verilir və əgər kimsə başqa siyasi partiyanın siyahısı ilə seçkilərdə iştirak etmək istəyirsə, öz partiyasını tərk etməlidir”, - deyə, o, sözçü deyib.

Hazırda müxalifət hələ də seçkilər ərəfəsində qüvvələrini dəyişdirir və siyasətçilər yeni bloklar və koalisiyaların yaradılması ilə bağlı fəal dialoq aparırlar.

Qeyd edək ki, hakim “Gürcü Arzusu” və “Xalqın Gücü”, "Vahid Milli Hərəkat", "Aqmaşenebeli Strategiyası" və "Avropa Gürcüstanı", "Axali", "Droa" və "Girchi - daha çox azadlıq", "Lelo Gürcüstan üçün", "Xalq üçün", "Azadlıq Meydanı" və "Vətəndaşlar" partiyaları birləşiblər.