Qərbi Azərbaycan əyalətində 14 nəfər “İsrailin xeyrinə casusluq” ittihamı ilə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Bununla bağlı Qərbi Azərbaycan əyaləti məhkəməsinin təhlükəsizlik və kəşfiyyat mərkəzinin sədri Əli Abdullahi açıqlama verib.
“Bəzi şəxsləri izləyib onlara qarşı sui-qəsd planlaşdıran İsraillə əlaqəli 14 terrorçu saxlanılıb”, - deyə Abdullahi iddia edib.
Saxlanılanların kimliyi və hadisənin detalları barədə açıqlama verilməyib.