Göygöldə söyüşə görə dava: qonşusuna dəmir parçası ilə xəsarət yetirdi

Göygöl sakini söyüşə görə qonşusuna dəmir parçası ilə ağır xəsarət yetirib.

Hadisə şəhəri Aydın Hacıyev küçəsində baş verib.

Belə ki, Qurbanov Aftandil Malik oğlu küçədə digər tanışları ilə söhbət edərkən ucadan nalayiq ifadələr işlədib.

Bu zaman onun qonşusu Hüseynov Tural Turan oğlu nalayiq ifadələr işlətdiyinə görə A.Qurbanovu dəmir parçası ilə vuraraq ağır xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib və ona qarın boşluğununun daxili qanaxması diaqnozu qoyulub.

Faktla bağlı cinayət işi başlanılıb.