Göygöl sakini özünə xəsarət yetirib.
Rayonun Yeni Zod kənd sakini 1993-cü il təvəllüdlü S.Cahangirli qolların kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
S.Cahangirlinin özünə xəsarət yetirməsinin səbəbləri məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Məlumata görə ,S.Cahangirli 44 günlük Vətən Müharibəsinin qazisidir.
Fakt araşdırılır./"unikal"