Gəncədə kafeyə qumbara atan şəxs ələ keçirildi

Xəbər verildiyi kimi, ötən gün Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara atılması nəticəsində bir neçə nəfər xəsarət almışdı və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədilmişdi.

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub. E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.
Hadisə yerindən 1 ədəd əl qumbarası və və tapança götürülüb.
Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Stopnarkotik.az