Şağan Olimpiya İdman Kompleksində qətl törətməkdə təqsirləndirilən Ruslan Səfixanovun barəsində olan hökmdən zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "report"a mərhum cüdoçu Turan Rüstəmovun yaxınları bildirib.
Onlar birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduqlarını deyərək, R.Səfixanovun cəzasının ağırlaşdırılmasını istəyirlər.
Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov bildirib ki, hökmdən narazı qaldıqları üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfixanov 19 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.