Gədəbəydə evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, rayon ərazisindəki evlərin birindən pul və 6600 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini S.Məhərrəmov saxlanılıb.
Araşdırma aparılır.