Çin "narkotik cənnəti" Myanmarla ABŞ-ın "qolunu bükür" - "QIZIL ÜÇBUCAQ" MÜZAKİRƏ MASASINDA

ABŞ prezidenti Cozef Bayden və Çin lideri Si Tszinpin noyabrın 15-də Çində fentanil ticarətinə məhdudiyyətlər elan edəcəklər.

Stopnarkotik.az bildirir ki, “Bloomberg” bu barədə açıqlama verib.

Pekin ABŞ-a narkotik axınının qarşısını almaq üçün kimya şirkətlərini hədəf alacaq. Razılaşma Baydenə seçicilər üçün vacib olan bir məsələdə irəliləyiş vəd edir.

13 noyabrda isə milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan jurnalistlərə bildirib ki, ABŞ bu həftə fentanil məsələsində müəyyən irəliləyiş görməyə ümid edir.

"Bu, yalnız vəziyyəti idarə etməklə yanaşı, faktiki olaraq nəzərəçarpacaq nəticələr əldə etdiyimiz digər məsələlərdə gələcək əməkdaşlığa qapı aça bilər", deyə Sallivan iki ölkə arasında əməkdaşlığın irəliləməsinin işartılarına işarə etmişdi.

Senatda çoxluğun lideri Çak Şumer isə bildirib ki, oktyabr ayında Çinə səfəri zamanı millət vəkilləri liderlə bu məsələni qaldıranda Si "narahatlıqlarımızı qəbul etmiş kimi görünürdü".

Bunun müqabilində Bayden administrasiyası Çin İctimai Təhlükəsizlik Nazirliyinin Məhkəmə Elmləri İnstitutuna qoyulan məhdudiyyətləri aradan qaldıracaq.

Çinin ictimai təhlükəsizlik naziri Van Syaoxun Si Tszinpinə yaxındır və bu yaxınlarda Myanmaya səfər edib. Sual oluna bilər ki, Myanmanın məsələ ilə nə əlaqəsi var…?

Məsələ bundadır ki, “Sam Qor” kriminal sindikatına daxil olan triadaların maliyyə gücünün əsasını narkotik ticarəti təşkil edir və Myanmanın da daxil olduğu “Qızıl Üçbucaq” onların əsas “resurs ərazisi”dir (Myanmada metamfetaminin kütləvi istehsalı mövcuddur).

İndi də Myanmadakı hadisələr Çinin ABŞ-ı ağrıkəsicilər üçün zəruri opiatlardan məhrum etməklə (ABŞ koalisiya qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Talibanın mövqeyini nəzərə almaqla) Amerika dərman sənayesinin “qolunu bükmək yolu” kimi şərh olunur. Və bu, ABŞ-da ağrıkəsicilərin kütləvi istifadəsi mədəniyyətinə Çinin güclü təzyiqdir.

Böyük ehtimalla, Kaliforniyada San-Fransiskoda keçiriləcək görüşlərdə əvvəlcə Myanma məsələsi (Qızıl Üçbucaqdan narkotik təchizatı), ondan sonra isə Ukrayna, İsrail və ABŞ seçkiləri müzakirə olunacaq.

Stopnarkotik.az