Çeçen döyüşçülər Rostova yollandı - KADIROVDAN PUTİNƏ TAM DƏSTƏK

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada silahlı qiyam cəhdini şərh edib.

Stopnarkotik.az xəbər verir ki, o, baş verənləri hərbi qiyam və iyrənc xəyanət adlandırıb.

Çeçenistan rəhbərinin sözlərinə görə, "Vaqner"in bu cür hərəkətlərinə heç bir haqq qazandırmaq mümkün deyil. Kadırov Putini tam dəstəklədiyini də bildirib.

Kadırov Rostovdakı vəziyyətlə bağlı bildirib ki, Müdafiə Nazirliyi və “Rosqvardiya”nın Çeçenistan Respublikasındakı döyüşçüləri artıq gərginlik zonalarına yola düşüblər.