CASUS ŞƏBƏKƏSİ: molla rejimini təbliğ edən daha 2 nəfər həbs edildi - FOTO

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Stopnarkotik.az “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Kənan Qocayev və Gəncə şəhər sakini Emin Cahangirov həbs ediliblər.