"Vaqner" maliyyə problemləri səbəbindən muzdlularının maaşlarına qənaət etməyə çalışır. Stopnarkotik.az bildirir ki, Britaniya kəşfiyyatı bu barədə məlumat verib. 2023-cü ilin iyununda baş vermiş uğursuz üsyandan sonra Rusiya dövləti “Vaqner”in sahibi Yevgeni Priqojinin digər biznes maraqlarına qarşı hərəkət edib. Britaniya kəşfiyyat rəsmiləri bildirirlər ki, Kremlin artıq qrupu maliyyələşdirməməsi ehtimalı var.
Stopnarkotik.az