Bölgələrdə mənzillərin kirayə qiymətləri artıb.
Stopnarkotik.az Xəzər TV-yə istinadən bildirir ki, qiymətlər hətta paytaxtdakından heç də fərqlənmir.
Tovuzlu rieltorlar deyir ki, artıq heç kəs evini aşağı məbləğə kirayə vermək istəmir.
"Bahalaşmanın isə növbəti aylarda da davam edəcəyi gözlənilir".
Zaqatalada da evlərin kirayə qiyməti ötən illə müqayisədə kəskin artıb.
Oxşar vəziyyət cənub bölgəsində də yaşanır.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, qiymət artımının əsas səbəbləri həm quru sərhədlərinin bağlı olması, həm də artıq bölgələrdə də yaşayışın bahalaşmasıdır.
Ekspert bildirir ki, günlük kirayə mənzillər də ötən illərlə müqayisədə bahalaşıb və yay aylarında bu qiymətlər daha da arta bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.