Meksika Hərbi Dəniz Qüvvələri ölkənin Duranqo ştatının Tamasula bələdiyyəsində iki gizli narkotik laboratoriyası aşkar edib.
Stopnarkotik.az xəbər verir ki, əməliyyatın gedişində metamfetamin istehsalında istifadə edilən 6,35 ton yardımçı maddə olan kimyəvi prekursor ələ keçirilib.
Laboratoriyaların iddia edilən sahibləri "El Guano" və ya "Los Chapitos" narkokartelləridir.
Stopnarkotik.az