Beynəlxalq Cinayət Məhkəməsi kiberhücuma məruz qalıb

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) sentyabr ayında kiberhücumun qurbanı olub.

Stopnarkotik.az TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin yaydığı press-relizdə deyilir.

BCM casusluq məqsədilə edilmiş kiberhücumu təxminən beş həftə əvvəl aşkar edib. Məhkəmə əlavə edib ki, bu əməl “məhkəmənin mandatına ciddi zərbə vurmaq cəhdi” kimi qiymətləndirilə bilər.

“Mövcud olan məlumatlara əsasən, məhkəmə hazırda hücuma görə kimin məsuliyyət daşıdığını müəyyən edə bilmir. Niderlandın hüquq-mühafizə orqanları hazırda cinayət işi üzrə araşdırma aparır”- məlumatda deyilir.