Bakıda xarici vətəndaş əməliyyat masasında öldü

Azərbaycanda xarici vətəndaş əməliyyat masasında ölüb.

Stopnarkotik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonu, Parlament prospektində yerləşən Mərkəzi Klinikada qeydə alınıb.

Hindistan vətəndaşı, 1959-cu il təvəllüdlü İşvar Lal Soni əməliyyat olunarkən dünyasını dəyişib.

İşvar Lal Soni böyrəyindəki problemlərlə əlaqədar əməliyyata girib.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.