Bakıda tibb müəssisəsində oğurluq - SAXLANILAN VAR

İçərisində 1600 manat olan cüzdanı oğurlayan şəxs ələ keçdi

İyunun 22-də Nəsimi rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində Bakı şəhər sakini olan bir nəfərin içərisində 1600 manatı olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Stopnarkotik.az xəbər verir ki, Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Əzizov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.