İyunun 15-də gecə saatlarında Maştağa qəsəbəsi ərazisində bir nəfərin bıçaqla hədələnərək döyülməsi, mobil telefonunun, içərisində 1500 manat pul və sənəd olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
DİN-dən Stopnarkotik.az-a bildirilib ki, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.