Bakının Nərimanov rayonunda qumar oyunu oynayan şəxs inzibati məsuliyyətə cəlb edilib.
Stopnarkotik.az "teleqraf"a istiandən xəbər verir ki, Astara rayon sakini, 1982-ci il təvəllüdlü Zaur Vəliyev (ad-soyad şərti verilib – red.) Nərimanov rayonu ərazisində “Coffemania” restoranının yaxınlığında kafedə qumar oyunları oynayıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə edilib.