Bakının Nərimanov rayonunda iki nəfər avtomobilə hücum edib.
Sstopnarkotik.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
99-UO-724 dövlət nişanlı “Opel” markalı nəqliyyat vasitəsini idarə edən Quliyev Rəşad Elşad oğlu Apa-ya bildirib ki, o qadın müştərini apararkən sərnişinin qəfil halı pisləşib.
Dayanacaqda maşını saxlayan Rəşad Quliyev sərnişini avtomobildən çölə çıxarıb. Bu zaman dayanacaqda olan iki nəfər cinsi azlığın nümayəndəsi sürücünü söyməyə başlayıb. Daha sonra onlar taksiyə iri daş parçaları atıb.
Nəticədə avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, R.Quliyev 102 zəng mərkəzinə məlumat verib. Hazırda onun şikayəti üzrə araşdırma aparılır.