“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Stopnarkotik.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
***
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” oyununda hesab yenidən bərabərləşib.
Stopnarkotik.az xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində Qarnaço “Çelsi”nin ikinci qolunu vuraraq hesabı 2:2 edib.
Hazırda oyun Tofiq Bəhramov adına Respublika stadionunda davam edir.
***
Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda Ağdam təmsilçisi önə keçib.
Stopnarkotik.az xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Yankoviç penaltidən fərqlənib.
***
Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.
Stopnarkotik.az xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində "Qarabağ"ın heyətində Leandro Andrade fərqlənib.
***
Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.
Stopnarkotik.az xəbər verir ki, görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” və “Çelsi” arasındakı oyun başlayıb.
Stopnarkotik.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.