Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.
"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.
***09:46
Bakıda gənclər sürücülər üçün təhlükəli vəziyyət yaradıblar.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisənin Bakı Dairəvi magistral yolunda, "Sədərək" ticarət mərkəzi yaxınlığında baş verdiyi bildirilir.
Belə ki, kimliyi bilinməyən gənclər nəqliyyatın intensiv hərəkət etdiyi yola qayalıqdan təkər buraxıblar. Yüksək sürətlə yuvarlanan təkər yolun ortasına düşüb. Bu zaman onun avtomobillərə dymək təhlükəsi yaranıb.