Bakıda evdən külli miqdarda oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Bakıxanov qəsəbəsindəki evlərin birindən 12000 manat pul və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.