Bakıda daha bir nəfər binadan yıxılaraq ölüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, A.Abbaszadə küçəsi 17 ünvanında qeydə alınıb.
Həmin binada yaşayan, 19 yaşlı Zeynəb Toğrulovna Əliyeva yaşadığı 20 mərtəbəli binanın 19-cu mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Biləcəridə pəncərəni silən qadın da binadan yıxılıb ölüb.