Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsində 1980-ci il təvəllüdlü Fərman Ərəbxan oğlu Həsənov bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarın boşluğunun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.