Bakıda 17 yaşlı oğlan itkin düşdü

Bakıda yeniyetmə oğlan itkin düşüb.

Stopnarkotik.az məlumatına görə, aprelin 4-də İsmayılov Fuad Xətai RPİ-nin 35-ci PB-nə müraciət edərək oğlunun itkin düşməsini bildirib. 

O qeyd edib ki, 2007-ci il təvəllüdlü İsmayılov Miribrahim yaşadığı evdən çıxaraq geri qayıtmayıb. 

Faktla bağlı Xətai RPİ-nin 35-ci PB-də araşdırma aparılır.