Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi və casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Stopnarkotik.az “MOUZE“ teleqram kanalına istinadən xəbər verir ki, bu əməliyyatların davamı olaraq həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanlardan daha bir nəfərin adı məlum olub. O, Sabirabad sakini Ruhani Rza Ələkbərovdur.
Məlumata görə, R.Ələkbərov bir neçə ay əvvəl həbs edilib. O, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinir.