Xaçmazda ana və oğul küçədə döyülüb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, hadisə rayonun "İzmayılovka" adlanan ərazisində qeydə alınıb.
Belə ki, rayon sakinləri - 1955-ci il təvəllüdlü Z.Həsrətova və onun oğlu, 1984-cü il təvəllüdlü P.Həsrətov mübahisə zəminində tanıdıqları şəxs tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkmişlər xəstəxanaya çatdırılıblar.
Hadisənin başvermə səbəbləri araşdırılır.