Azərbaycan - Rusiya sərhəd bölgələrində iki tərəfin polis əməkdaşlığı gündəmə gəlib

Azərbaycan və Rusiya sərhəd bölgələrində polis əməkdaşlığını müzakirə ediblər.

Stopnarkotik.az xəbər verir ki, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinin məlumatına görə, polis və daxili işlər sahəsində əməkdaşlığın əlaqələndirilməsi üzrə ixtisaslaşmış işçi qrupu Bakıda Azərbaycan və Rusiya arasında sərhəd bölgələrində əməkdaşlığın əlaqələndirilməsinə həsr olunmuş növbəti iclas keçirib.

Tədbirdə Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndə heyətini təmsil edən MDB-də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizənin Əlaqələndirilməsi Bürosunun direktor müavini, polis polkovniki Elşad Süleymanov iştirak edib.

Görüş iştirakçıları iki ölkənin sərhəd bölgələrində mövcud cinayətkarlıq vəziyyətini və təhlükəsizlik tədbirlərini təhlil ediblər. 

Stopnarkotik.az