Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rzazadə Göyçayda qəzaya düşüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
“Dünən Göyçayda qəzaya düşdük... Allah saxladı. Yarım metr fərqlə hər şey başqa cür olardı”, - deyə o paylaşımında bildirib.
X.Rzazadənin paylaşdığı fotolardan hadisə zamanı idarə etdiyi maşının yararsız hala düşdüyü görünür.


