Avropa diplomatiyasının keçmiş başçısı dələduzluq şübhəsi ilə saxlanıldı

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sabiq ali nümayəndəsi Federika Moqerini saxlanılıb.

Bu barədə “Euractiv” məlumat yayıb.

Federika Moqerini Brüsseldə Avropa İttifaqı qurumlarında korrupsiya, mənimsəmə və digər şübhəli məqamlarla bağlı Belçika polisi tərəfindən aparılan araşdırma çərçivəsində saxlanılıb.

Qeyd edək ki, Federika Moqerini 2020-ci ildən bəri Avropa Kollecinin rektoru olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, polis Aİ-nin diplomatik xidmət korpusuna, Avropa Kollecinə və şəxsi evlərdə axtarış aparıb. Məqsəd Aİ nəzdində fəaliyyət göstərən orqanlarda mənimsəmə və korrupsiya ilə bağlı araşdırmanın aparılmasıdır.

Stopnarkotik.az