ASTARADA ŞOK OLAY - Oğlunun məzarı başında özünü asdı / YENİLƏNİB

Ötən gün Astarada intihar hadisəsi baş verib. Rayon sakini 1960-cı il təvəllüdlü İsbət Əliyev Həsin kəndində yerləşən qəbiristanlıqda oğlu Əfqan Əliyevin məzarının yaxınlığında yerləşən ağacdan özünü asaraq öldürüb. 

Stopnarkotik.az xəbər verir ki, İsbat Əliyevin oğlu Ə.Əliyev keçən ilin noyabr ayında avtomobil qəzasına düşərək, faciəvi şəkildə həyatının itirib. 

Övladının ölümündən sonra özünə qapanan İ.Əliyev yaxınları ilə söhbətində yaşamaq istəmədiyini bildirib. 

"İsbət Əliyev oğlunun vəfatından sonra yaşamağı özünə ar bildiyini, övladından yadigar qalan 2 oğlan nəvəsini görəndə vicdan əzabı çəkdiyini, ölmək istədiyini söyləyirdi", - mərhumun həmkəndliləri deyib. 

İsbət Əliyev Şağlazüzə kənd məktəbində gözətçi işləyib. Onun 2 oğlu, 3 qızı olub. Övladlarından biri yol qəzasında dünyasını dəyişib. 

Hazırda intihar faktı ilə bağlı araşdırma aparılır. 

*** 09:11

Astarada kişi övladının məzarı üzərində özünü asıb.

Stopnarkotik.az xəbər verir ki, Asxanakəran kənd sakini, 1960-cı il təvəllüdlü İsbət Əliyev rayonun Həsin kəndində yerləşən qəbirstanlıqda, oğlu Əfqan Əliyevin məzarı üstündə yerləşən ağacdan özünü asaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.