Astarada bədbəxt hadisə: "laqonda" üzünü kəsdi, öldü

Astara sakini bədbəxt hadisə nəticəsində ölüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, iyunun 16-sı saat 9 radələrində 62 yaşlı Firudin Zeynalov Astara rayonun Pensər kəndindəki mağazalardan birinin həyətində diskli kəsici alətlə (laqonda) işləyərkən val yerindən çıxaraq sifət nahiyəsini kəsib və nəticəsində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.